...

İdman gimnastikası üzrə Dünya Kubokunda paralel qollarda finalçılar məlum olub

İdman Materials 15 Mart 2018 18:03 (UTC +04:00)
Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda paralel qollarda finalçılar məlum olub.
İdman gimnastikası üzrə Dünya Kubokunda paralel qollarda finalçılar məlum olub

Bakı. Ənvər Məmmədov - Trend:

Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda paralel qollarda finalçılar məlum olub.

Trend-in məlumatına görə, finala Fərhad Arıcan (Türkiyə), Fuya Maeno və Kenta Çiba (Yaponiya), Andrey Lixovitski (Belarus), Hingyu Lan (Çin), Matteo Levantezi və Karlo Makçini (İtaliya) və Çi Kai Li (Tayvan) vəsiqə qazanıb.

Azərbaycanlı gimnast Timur Bayramov finala çıxa bilməyib.

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında İdman Gimnastikası üzrə Dünya Kubokuna start verilir.

Kişi və qadın idman gimnastları turnirin ilk iki günü təsnifat mərhələləri, son iki günü isə ayrı-ayrı alətlər üzrə finallarda öz güclərini sınayaraq, medallar uğrunda mübarizə aparacaqlar.

Azərbaycanı idman gimnastikası üzrə yarışlarda Murad Ağarzayev, Dariy Morozov və Teymur Bayramov, qadınlar arasında isə Marina Nekrasova, Mariya Smirnova və Yuliya İnşına təmsil edəcəklər.

Martın 15-dən 18-dək davam edəcək bu mötəbər yarışa Azərbaycan 3-cü ildir ki, ev sahibliyi edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti