Bakı. Trend:
"Mersedes" komandasının britaniyalı pilotu Lyuis Hemilton İspaniya Qran Prisinin təsnifat yarışında qalib gəlib.
Trend-in məlumatına görə, L.Hemilton yarışı 1 dəqiqə 16,173 saniyəyə bitirib. Yarışı ikinci yerdə onun komanda yoldaşı finlandiyalı Valtteri Bottas (1 dəqiqə 16,213 saniyə), üçüncü yerdə isə "Ferrari" komandasının pilotu almaniyalı Sebastyan Fettel (1 dəqiqə 16,305 saniyə) başa vurublar.
Qeyd ədək ki, İspaniya Qran Prisi mayın 13-ü keçiriləcək.