...

Özil Almaniya yığmasında çıxış etməkdən imtina etdi – SƏBƏB

İdman Materials 23 İyul 2018 02:05 (UTC +04:00)
Məşhur futbolçu Məsut Özil Almaniya millisində çıxış etməkdən imtina etdi.
Özil Almaniya yığmasında çıxış etməkdən imtina etdi – SƏBƏB

Bakı. Tural Turan - Trend:

Məşhur futbolçu Məsut Özil Almaniya millisində çıxış etməkdən imtina etdi.

Trend-in məlumatına görə, bunu Özil “Tvitter” sosial şəbəkəsində yazıb.

Özil bildirib: “Mənim iki ürəyim var: biri alman, digəri isə türkdür. Bu ilin may ayında Türkiyə Prezidenti Ərdoğanla Londonda xeyriyyə və təhsil tədbirində görüşdük. Hər görüşümüzdə olduğu kimi, bu dəfə də futbolu müzakirə etdik”.

Futbolçu qeyd edib ki, Almaniya mətbuatı məsələyə başqa cür yanaşıb: “Bəzi qəzetlər Ərdoğanla şəkilləri sağ yönümlü təbliğat məqsədilə istifadə edirlər. Onlar Rusiyada keçirilən Dünya Çempionatında Almaniya millisinin çıxışını deyil, mənim türk əsilli olmağımı tənqid edirlər. Bununla da, qırmızı xətti keçərək Almaniya xalqını mənə qarşı yönəltməyə çalışırlar”.

“Tvitter” sosial şəbəkəsində verdiyi açıqlamada Özil Almaniya Futbol Federasiyası Prezidentinin qeyri-peşəkarlığına artıq dözməyəcəyini bildirib. Futbolçu həmçinin ona və ailəsinə nifrət dolu edilən zənglər, sosial şəbəkələrdəki şərhlər barəsində danışmaq istəmədiyini deyib.

“İrqçilik və hörmətsizlik hiss etdiyim ana qədər Almaniya millisinin formasını daha geyinməyəcəm. Bu formanı fəxr və həyəcanla geyinirdim, ancaq indi yox. İrqçilik heç vaxt qəbul olunmamalıdır”, - deyə Özil bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti