...

Millimiz AÇ-nin seçmə mərhələsində bu gün ilk oyununa çıxacaq

İdman Materials 23 Oktyabr 2018 11:26 (UTC +04:00)
Millimiz AÇ-nin seçmə mərhələsində bu gün ilk oyununu keçirəcək.
Millimiz AÇ-nin seçmə mərhələsində bu gün ilk oyununa çıxacaq

Bakı. Trend:

17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində yığmamız bu gün ilk oyununu keçirəcək.

Trend-in məlumatına görə, futbolçularımız Albaniyanın Luşniya şəhərindəki A.Roza Haksiu stadionunda Norveç yığması ilə qarşılaşacaq.

Görüşün baş hakimi Admir Şehoviç, baş hakimin köməkçiləri Sreten Udoviçiç (hər ikisi Bosniya və Herseqovina), Elis Pulay, dördüncü hakim isə Florian Lata (hər ikisi Albaniya) olacaq.

Oyun Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti