...

İtaliya A Seriyası: 20-ci turun oyunları keçirilib (VİDEO)

İdman Materials 21 Yanvar 2019 06:57 (UTC +04:00)
İtaliya A Seriyasının 20-ci turu çərçivəsində oyunlar keçirilib. Turun mərkəzi görüşündə “Napoli” doğma meydanda “Latsio”nu qəbul edib.
İtaliya A Seriyası: 20-ci turun oyunları keçirilib (VİDEO)

Bakı. Tural Turan - Trend:

İtaliya A Seriyasının 20-ci turu çərçivəsində oyunlar keçirilib. Turun mərkəzi görüşündə “Napoli” doğma meydanda “Latsio”nu qəbul edib.

Trend-in məlumatına görə, oyun ev sahibi komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə hesabı 34-cü dəqiqədə Kalyexon açıb. Üç dəqiqə sonra Milik hesabı artırıb. “Latsio”nun oyunda yeganə qolunu 65-ci dəqiqədə İmmobile vurub.

Bununla da, “Napoli” 47 xalla ikinci, “Latsio” isə 32 xalla beşinci pillədə qərarlaşıb.

Turun digər görüşlərində aşağıdakı nəticələr qeydə alınıb:

Frozinone – Atalanta 0:5

Fiorentina – Sampdoriya 3:3

Spal – Bolonya 1:1

Kalyari – Empoli 2:2

Məqalədə:
Xəbər lenti

Xəbər lenti