...

"Mançester Siti" İngiltərə Futbol Liqasınını Kubokunu qazanıb

İdman Materials 24 Fevral 2019 23:44 (UTC +04:00)
"Mançester Siti" futbol klubu ardıcıl olaraq ikinci dəfə İngiltərə Futbol Liqasınını Kubokunu qazanıb.
"Mançester Siti" İngiltərə Futbol Liqasınını Kubokunu qazanıb

Bakı. Trend:

"Mançester Siti" futbol klubu ardıcıl olaraq ikinci dəfə İngiltərə Futbol Liqasınını Kubokunu qazanıb.

Trend-in məlumatına görə, komanda "Çelsi" üzərində qələbə qazanıb. Matç Londonda "Uembli" stadionunda keçirilib.

Əsas və əlavə olunmuş vaxt 0:0 hesabı ilə yekunlaşıb, qalib penaltilər seriyasında müəyyənləşib - 4:3.

"Mançester Siti" və "Çelsi" İngiltərə Liqasının Kuboku çərçivəsində üçüncü dəfə görüşür. Oyunlardan ikisində "Siti", birində isə "Çelsi" qələbə qazanıb.

Beləliklə, "Mançester Siti" sayca altıncı dəfə Kubok sahibi olub və qələbələrin sayına görə ikinci yerə çıxıb. Komanda mükafatı 1970, 1976, 2014, 2016 və 2018-ci illərdə qazanıb. Qazanılan mükafatlara görə birinci yerdə isə "Liverpul"dur (8 dəfə).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti