Bakı. Trend:
Azərbaycan karateçiləri Kiprin Limassol şəhərində Karate1 Gənclər Liqası turnirində 3 mükafat qazanıblar.
Azərbaycan Milli Karate Federasiyasından Trend-ə verilən məlumata görə, Hüseyn Məmmədli (14-15 yaşlı yeniyetmələr, -63 kq) və Məhəmməd Xamoyev (14 yaşadək uşaqlar, -45 kq) qızıl medala, Əminağa Quiyev (16-17 yaşlı gənclər, -61 kq) isə bürünc mükafata sahib olub. Turnirdə 58 ölkədən 1583 idmançı iştirak edib
Dünya Karate Federasiyasının (WKF) nüfuzlu Karate1 seriyasından Gənclər Liqasının növbəti mərhələsi iyulda Xorvatiyada keçiriləcək. İl ərzində 4 mərhələdən qalan ikisi isə sentyabrda Meksika və dekabrda Italiyada keçiriləcək. Karate1 Gənclər liqası da digər rəsmi yarışlar kimi idmançılara beynəlxalq reytinq xalları qazandırır