...

FİFA federasiyalara 1,5 milyard dollar yardım ayırıb

İdman Materials 26 İyun 2020 16:24 (UTC +04:00)
FİFA federasiyalara 1,5 milyard dollar yardım ayırıb

Bakı. Trend:

FIFA milli federasiyalara koronavirus pandemiyasının fəsadları ilə mübarizə aparmaq üçün 1.5 milyard ABŞ dolları ayırıb.

Trend-in məlumatına görə, beləliklə də AFFA da daxil olmaqla quruma üzv 211 assosiasiyanın hər birinə 1 milyon dollar, qadın futbolunun inkişafı üçün əlavə 500 min dollar yardım ediləcək.

Altı konfederasiyanın hər biri 2 milyon dollar alacaq. Bu ödənişlər FIFA-nın planının ilk iki mərhələsində həyata keçiriləcək. Üçüncü mərhələdə isə hər bir milli assosiasiya 500 min dollardan 5 milyon dollaradək kredit almaq üçün müraciət hüququna malik olacaq.
Konfederasiyalara 4 milyon dollaradək kredit təklif ediləcək və xərclərin səmərəliliyinə nəzarət edən xüsusi komitə yaradılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti