...

UEFA Millətlər Liqası: Azərbaycan yığması Lüksemburqla qarşılaşıb

İdman Materials 5 Sentyabr 2020 22:26 (UTC +04:00)
UEFA Millətlər Liqası: Azərbaycan yığması Lüksemburqla qarşılaşıb

Bakı. Trend:

UEFA Millətlər Liqasının 1-ci turunda "C" liqasının 1-ci qrupunda yer alan Azərbaycan yığması doğma meydanında Lüksemburq komandasını qəbul edib.

Trend-in məlumatına görə, Bakı Olimpiya Stadionunda keçirilən oyun qonaqların 1:2 hesablı qələbəsi ilə başa çatıb. Yığmamızın yeğanə qolunu Ramil Şeydayev vurub (43-cü dəqiqə). Anton Krivotsyukun 48-ci dəqiqədə vurduğu avtoqolla hesab bərabərləşib.

Qonaqlar 72-ci dəqiqədə hesabda irəli keçib. Qolu Gerson Rodriges vurub.

Millimizin yer aldığı qrupun digər oyununda Kipr millisi evdə Monteneqro yığmasına məğlub olub - 2:0.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti