...

"IWF" Mayk İranini təşkilatın rəhbəri elan edib

İdman Materials 16 Oktyabr 2020 05:06 (UTC +04:00)
"IWF" Mayk İranini təşkilatın rəhbəri elan edib

Bakı. Trend:

Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) İcraiyyə Komitəsi britaniyalı Mayk İranini təşkilatın rəhbəri vəzifəsinin icraçısı təyin edib.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə "IWF"in mətbuat xidməti məlumat verib.

İrani bu vəzifədə tailandlı İntarat Yodbanqtoyu əvəz edib.

"İWF" İcraiyyə Komitəsinə mənə müvəqqəti olaraq prezidentliyi həvalə etdiyinə görə minnətdaram", - İrani deyib.

Bildirilir ki, daha əvvəl federasiyanın yeni başçısı "IWF"in tibb komitəsinin və təşkilatın antidopinq komissiyasının sədri vəzifələrində çalışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti