...

Bədii gimnastika üzrə Dünya Kubokunda iştirak edəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb

İdman Materials 23 Aprel 2021 13:35 (UTC +04:00)
Bədii gimnastika üzrə Dünya Kubokunda iştirak edəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb

Bakı. Cani Babayeva - Trend:

2021-ci il mayın 7-9-da Bakıda keçiriləcək bədii gimnastika üzrə Dünya Kubokunda iştirak edəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Trend-in məlumatına görə, Azərbaycanı fərdi proqramda iki gimnast, Zöhrə Ağamirova və Arzu Cəlilova təmsil edəcək.

Qrup hərəkətlərdə komanda aşağıdakı tərkibdə çıxış edəcək: Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokina.

Dünya Kubokunda 36 ölkədən 170-dən çox gimnastın iştirakı gözlənilir.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti