...

39 il komada qalan futbolçu ölüb (FOTO)

İdman Materials 6 Sentyabr 2021 14:54 (UTC +04:00)
39 il komada qalan futbolçu ölüb (FOTO)

Bakı. Orxan Nəbiyev - Trend:

Fransalı keçmiş futbolçu Jan-Pyer Adams 39 il komada qaldıqdan sonra 74 yaşında vəfat edib.

Trend-in məlumatına görə, futbolçu 1982-ci ildə əməliyyat zamanı komaya düşmüşdü. Buna səbəb kimi həkim səhvi göstərilirdi.

J-P.Adams 1970-ci illərdə Fransa milli komandasının heyətində 22 oyun keçirib. O, PSJ, "Nitsa" və "Nim" klublarında çıxış edib və iki dəfə Fransa çempionatının gümüş medallarını qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti