...

DÇ-2022: Millimiz Portuqaliya komandasına məğlub oldu

İdman Materials 7 Sentyabr 2021 21:52 (UTC +04:00)
DÇ-2022: Millimiz Portuqaliya komandasına məğlub oldu

Bakı. Trend:

Millimiz futbol üzrə DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununu keçirib.

Trend-in məlumatına görə, Azərbaycan millisi A qrupundakı beşinci rəsmi matçında Portuqaliya yığmasına məğlub olub.

Oyun Bakı Olimpiya Stadionunda baş tutub və portuqaliyalıların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları B.Silva (26-cı dəqiqə), A.Silva (31-ci dəqiqə) və D.Jota (75-ci dəqiqə) vurublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti