...

DÇ-2022: Azərbaycan yığması seçmə mərhələdə növbəti oyununu keçirib

İdman Materials 13 Oktyabr 2021 00:40 (UTC +04:00)
DÇ-2022: Azərbaycan yığması seçmə mərhələdə növbəti oyununu keçirib

Bakı. Trend:

Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandası Serbiya yığmasının qonağı olub.

Trend-in məlumatına görə, oyun meydan sahibi komandasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Serbiyanın heyətində qolların ikisini D.Vlahoviç (30-cu dəqiq, penalti və 53-cü dəqiqə), birini isə D.Tadiç (83-cü dəqiqə) vurublar. Yığmamızın yeganə qolunu 45+2-ci dəqiqədə Emin Mahmudov vurub.

Qeyd edək ki, seçmə mərhələsi çərçivəsində 7 oyundan sonra Azərbaycan yığması 1 xalla sonuncu pillədə qərarlaşıb. Qrupa 17 xalla Serbiya milli komandası liderlik edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti