...

Arzum Avropa və dünya çempionu olmaqdır - Gənc azərbaycanlı gimnast

İdman Materials 25 Mart 2022 15:29 (UTC +04:00)
Arzum Avropa və dünya çempionu olmaqdır - Gənc azərbaycanlı gimnast

Bakı. Cani Babayeva - Trend:

Gələcəkdə böyük idman zirvələrinə çatmağı qarşıma məqsəd qoymuşam, Avropa və dünya çempionu olmaq arzusundayam.

Bu barədə Trend-ə kişi idman gimnastikası üzrə 27-ci Azərbaycan birinciliyi və Bakı çempionatının iştirakçısı, gənc idmançı Hüseyn Qəhrəmanov deyib.

Yarışlarda Bakı Gimnastika Məktəbini təmsil edən idmançı “uşaqlar” yaş kateqoriyasında çıxış edir.

"Bu, mənim Milli Gimnastika Arenasında ilk yarışımdır. Arena necə də böyük, parlaq və gözəldir. Mən çox şadam ki, burada yarışmaq imkanım oldu. Əminəm ki, bu turnir mənim üçün stimul olacaq və gələcəkdə bu təcrübə öz bəhrəsini verəcək”, - deyə F.Qəhrəmanov qeyd edib.

O, yarışa hazırlığın bütün mərhələlərində məşqçisinin dəstəyini hiss etdiyini bildirib.

"İdamn gimnastikasını sevirəm, ona görə də uzun məşqlər mənim üçün heç də yük deyil. Əksinə, onlar mənə böyük zövq verir. Azərbaycan birinciliyinə və Bakı çempionatına çox hazırlaşdım, yaxşı nəticə göstərmək istəyirdim. Ümid edirəm ki, məşqçi mənim çıxışımdan razı qalacaq”, - deyə Qəhrəmanov əlavə edib.

Qeyd edək ki, martın 25-26-da Milli Gimnastika Arenasında keçiriləcək Qadın idman gimnastikası üzrə 6-cı, Kişi idman gimnastikası üzrə 27-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatında Ocaq Sport, Bakı Gimnastika Məktəbi, Sumqayıt Olimpiya İdman Kompleksi, Sumqayıt İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi və Balakəni təmsil edən 69 idmançı qüvvəsini sınayacaq.

Yarışda gimnastlar balacalar (kişilər-2013-2014/qadınlar - 2014-2015), uşaqlar (kişilər - 2011-2012/ qadınlar - 2012-2013), yeniyetmələr (kişilər - 2009-2010/qadınlar - 2010-2011), gənclər (kişilər - 2005-2008/qadınlar - 2007-2009), böyüklər (kişilər 2004-cü il təvəllüdlü və daha böyük/ qadınlar 2006-ci il təvəllüdlü və daha böyük) yaş kateqoriyaları üzrə öz ustalıqlarını nümayiş etdirəcəklər.

İki illik fasilədən sonra xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirləri ilə əlaqədar olaraq tamaşaçılar Milli Gimnastika Arenasında idman gimnastikası üzrə yarışları da izləyə biləcəklər.

Yarışlarda tamaşaçı qismində iştirak edəcək şəxslər etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatına və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədə, COVID-19-a qarşı peyvənd əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatına (yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla) malik olmalıdırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti