...

İdman gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib (FOTO)

İdman Materials 26 Mart 2022 17:39 (UTC +04:00)
İdman gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib (FOTO)

Bakı. Cani Babayeva - Trend:

Bakıda Milli Gimnastika Arenasında qadın idman gimnastikası üzrə 6-cı, kişi idman gimnastikası üzrə 27-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatının qalib və mükafatçılarının ikinci mükafatlandırılması mərasimi keçirilib.

Trend-in məlumatına görə, kişi idman gimnastikası üzrə 27-ci Azərbaycan birinciliyi və Bakı çempionatında “gənclər” yaş kateqoriyası üzrə birinci yeri Rəsul Əhmədzadə, ikinci yeri Aydın Əlizadə, üçüncü yeri Anar Həsənov tutmuşlar. Hər üç idmançı Bakı Gimnastika Məktəbi uğrunda mübarizə aparır.

Qadın idman gimnastikası üzrə 6-cı Azərbaycan birinciliyi və Bakı çempionatının “gənclər” yaş kateqoriyasında qızıl medalı Nazənin Teymurova, gümüş medalı Məryəm Musayeva, bürünc medalı isə Duyğu Məcidzadə qazanıb. İdmançılar “Ocaq Sport” klubunun yetirmələridir.

Qeyd edək ki, martın 25-26-da Milli Gimnastika Arenasında keçirilən Qadın idman gimnastikası üzrə 6-cı, Kişi idman gimnastikası üzrə 27-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatında Ocaq Sport, Bakı Gimnastika Məktəbi, Sumqayıt Olimpiya İdman Kompleksi, Sumqayıt İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi və Balakəni təmsil edən 69 idmançı qüvvəsini sınayıblar.

Yarışda gimnastlar balacalar (kişilər-2013-2014/qadınlar - 2014-2015), uşaqlar (kişilər - 2011-2012/ qadınlar - 2012-2013), yeniyetmələr (kişilər - 2009-2010/qadınlar - 2010-2011), gənclər (kişilər - 2005-2008/qadınlar - 2007-2009), böyüklər (kişilər 2004-cü il təvəllüdlü və daha böyük/ qadınlar 2006-ci il təvəllüdlü və daha böyük) yaş kateqoriyaları üzrə öz ustalıqlarını nümayiş etdiriblər.

(FOTO: Zaur Mustafayev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti