Bakı. Trend:
Futbol üzrə Niderland Erediviziyasında cari mövsümün qalibi müəyyənləşib.
Trend xəbər verir ki, XXXIII turda evdə “Herenven”i 5:0 hesabı ilə məğlub edən “Ayaks” vaxtından əvvəl qızıl medallara sahib çıxıb. Sona 1 tur qalmış çempionluğunu rəsmiləşdirən Amsterdam təmsilçisi ümumilikdə 36-cı dəfə bu titula yiyələnərək, ölkə futbolu tarixində bu nəticəni göstərmiş ilk klub olub.
Komanda bu qələbədən sonra xallarını 82-yə çatdırıb.
Qeyd edək ki, PSV (78 xal) gümüş, "Feyenoord" (71 xal) isə bürünc medalların sahibi olub.