...

Taekvondo üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan komandasının heyəti açıqlanıb

İdman Materials 16 May 2022 04:48
Taekvondo üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan komandasının heyəti açıqlanıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Mayın 19-22-də Böyük Britaniyanın Mançester şəhərində keçiriləcək taekvondo üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan komandasının heyəti açıqlanıb.

Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən Trend-ə bildiriblər ki, çempionatda ölkəmizi federasiyanın vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayev, kişilərdən ibarət milli komandanın baş məşqçisi Reza Mehmandoust və böyük məşqçi Sənan Həşimov, qadınlardan ibarət milli komandanın baş məşqçisi Səbuhi Zülfüqarov və böyük məşqçi Rəşad Məmmədovun rəhbərliyi altında ölkəmizi 13 idmançı təmsil edəcək.

Belə ki, kişi taekvondoçulardan Səyyad Dadaşov (54 kq), Pərviz İsgəndərov (58 kq), Qaşım Maqomedov (63 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Taleh Süleymanov (80 kq), Milad Hərçəqani (87 kq), və Radik İsaev (87 kq yuxarı) mübarizə aparacaq.

Qadınlardan Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq), Röya Hacıyeva (53 kq), Fatimə Məcidova (57 kq) və Fəridə Əzizova (67 kq) dayanq üzərinə çıxacaq.

Parataekvondo komandasının da heyəti bəllidir. Qitə çempionatına qatılacaq millinin baş məşqçi Fərid Tağızadə və böyük məşqçi Yaşar Səfərovun yetirmələrindən Röyalə Fətəliyeva (47 kq), Sabir Zeynalov (58 kq), Sadiq Həmidov (63 kq), İmaməddin Xəlilov (70 kq) və Əbülfəz Abuzərli (80 kq) medallar uğrunda mübarizə aparacaq. Xatırladaq ki, parataekvondoçuların da Avropa çempionatı eyni məkanda keçiriləcək.

Beynəlxalq dərəcəli referi Oh Kvanq Çeol və Ramal Camalov çempionatda ölkəmizi təmsil edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti