...

Azərbaycan üzgüçüsü Gənclərin Avropa çempionatında finala vəsiqə qazanıb

İdman Materials 6 İyul 2022 09:35 (UTC +04:00)
Azərbaycan üzgüçüsü Gənclərin Avropa çempionatında finala vəsiqə qazanıb

Bakı. Trend:

Azərbaycan üzgüçüsü Gənclərin Avropa çempionatında finala vəsiqə qazanıb. 5-10 iyul tarixlərində Rumıniyanın paytaxtı Buxarest şəhərində üzgüçülük üzrə Gənclərin Avropa çempionatı start götürüb. Bu yarışda Azərbaycanı 3 idmançımız təmsil edir.

Trend xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimov verib. Onun sözlərinə görə Gənclərin Avropa Çempionatında medullar uğrunda mübarizəyə milli komandanın üzvlərindən Ramil Vəlizadə, Rəşad Alquliyev və Əbdürrəhman Rüstəmov qatılacaqlar. Yarışların birinci günündə Ramil Vəlizadə 200 metr batterflyay üsulunda əvvəlcə yarım finala, sonra isə 1.58.93 nəticə ilə finala vəsiqə qazanıb. Üzgüşülük üzrə milli komandanın baş məşqçisi Rəşad Əbdürrəhmanovun bildirdiyinə görə Ramilin bu yarışda yüksək yerlər qazanmaq şansı böyükdür:

“Ramil Vəlizadə finala özünün ən yaxşı göstəricisi ilə vəsiqə qazanıb.O yarımfınalda rəqiblərini qabaqlayaraq 3-cü oldu. Hesab edirəm ki, finalda idmanşımız bütün var qüvvəsi ilə medullar uğrunda mübarizə aparacaq və yaxşı nəticə göstərəcək” deyə millinin baş məşqçisi əlavə edib.
Bildirək ki, bu gün Ramil Vəlizadə finalda gücünü sınayacaq, digər üzgüçülərimiz də bu gün mübarizəyə qatılacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti