...

Kişi basketbolçulardan ibarət Azərbaycan yığması İslamiadada gümüş medal qazanıb

İdman Materials 17 Avqust 2022 22:34 (UTC +04:00)
Kişi basketbolçulardan ibarət Azərbaycan yığması İslamiadada gümüş medal qazanıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Kişilərdən ibarət 3x3 basketbol növü üzrə yığma komandamız İslam Həmrəyliyi Oyunlarında ikinci yeri tutub.

Trend xəbər verir ki, finalda millimiz Seneqal komandası ilə qarşılaşıb. Amil Həmzəyev, Zaur Paşayev, Orxan Aydın və Endar Poladxanlıdan ibarət yığmamız gərgin keçən oyunun yekununda 16-21 hesabı ilə uduzaraq gümüş medalla kifayətlənib.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Yarışlar avqustun 18-dək davam edəcək.

Ümumilikdə İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti