Bakı. Trend:
"Mançester Yunayted" futbol klubunun baş məşqçisi Erik ten Haq portuqaliyalı hücumçu Kriştiano Ronaldu ilə bağlı planları barədə danışıb.
Trend bu barədə REN TV-yə istinadən xəbər verir.
O qeyd edib ki, klub hücumçuya ümid bəsləyir və məşqçi 37 yaşlı Ronaldunun klubu tərk etməyəcəyinə ümid edir.
Xatırladaq ki, avqustun 17-də Ronaldunun "Mançester Yunayted"i tərk etməyi planlaşdırdığı xəbəri yayılıb.