Bakı. Trend:
"Yuventus"un futbolçusu Pol Poqbanın böyük qardaşı Matias Poqba mütəşəkkil dəstənin tərkibində hədə-qorxu ilə pul tələb etməkdə və cinayət hazırlamaq məqsədilə cinayətkar birlikdə iştirakda ittiham olunaraq həbs edilib.
Trend-in məlumatına görə, bu barədə "RMC Sport" xəbər verib.
Mattıas cinayətin törədildiyi tarixlə bağlı alibisinin olduğunu bildirib:
"Biz bu qərara etiraz edəcəyik. Müvəkkilim heç bir cinayət əməli törətməyib", - deyə onun vəkili bildirib.
Bundan əvvəl Fransa prokurorluğunun Pol Poqbanın ifadəsi ilə bağlı araşdırmaya başladığı bildirib.