Bakı. Trend:
Bu gün çox yaxşı və keyfiyyətli oyun göstərdik, amma daha yaxşı oynamalıyıq.
Trend xəbər verir ki, bunu UEFA Millətlər Liqasının C Liqasının üçüncü qrupunda Qazaxıstan millisini qəbul edən futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.
“Görüşdə bir epizod oldu və futbolçu sürüşdü. Azarkeşlər isə ona güldülər. Ancaq mən alqışladım, həmçinin fan-klub da alqışladı. Futbolçulara dəstək vermək vacibdir", - deyə baş məşqçi əlavə edib.
Qeyd edək ki, Azərbaycan – Qazaxıstan matçı millimizin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Xallarının sayını 10-a çatdıran Azərbaycan millisi qrup ikinci pillədə başa vurub.