Bakı. Trend:
Futbol üzrə İspaniya millisi Millətlər Liqasının A divizionunun 2-ci qrupunun qrup mərhələsinin altıncı turunda Portuqaliya yığmasını səfərdə 1:0 hesabı ilə məğlub edib.
Trend-in məlumatına görə, görüş sentyabrın 27-də Braqada keçirilib. Qolu 88-ci dəqiqədə Alvaro Morata vurub.
İspaniya komandası 11 xalla qrupda birinci, Portuqaliya millisi ikinci (10), İsveçrə komandası üçüncü (9), Çexiya komandası turnir cədvəlində dördüncü olub (4). İspaniya yığması pley-off mərhələsinə vəsiqə qazanıb.
Millətlər Liqasının pley-off mərhələsi 2023-cü il iyunun 14-dən 18-dək keçiriləcək.