...

Gimnastlarımız Böyük Britaniyadan medallarla qayıdır

İdman Materials 3 Oktyabr 2022 10:03 (UTC +04:00)
Gimnastlarımız Böyük Britaniyadan medallarla qayıdır

Bakı. Trend:

Birmingem şəhərində batut və tamblinq gimnastikası üzrə keçirilən Böyük Britaniya çempionatı başa çatıb.

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, yarışda yığma komandamızın üzvləri, batutçularımız Maqsud Mahsudov və Selcan Mahsudova qızıl, Hüseyn Abbasov (batut gimnastikası) və Tofiq Əliyev (tamblinq) isə bürünc medallara layiq görülüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti