Bakı. Trend:
Bu gün Qətərdə keçirilən futbol üzrə Dünya Çempionatının qrup mərhələsinin növbəti oyunu keçirilib.
Trend xəbər verir ki, Argentina və Meksika komandaları arasında keçirilən qarşılaşmada Argentina millisi 2:0 hesablı qələbə qazanıb.
Oyunda qolları 64-cü dəqiqədə L.Messi və 87-ci dəqiqədə E.Fernandes vurublar.
Qeyd edək ki, bu oyundan sonra C qrupunda vəziyyət belədir:
1. Polşa - 4 xal
2. Argentina - 3 xal
3. Səudiyyə Ərəbistanı - 3 xal
4. Meksika - 1 xal