...

DÇ-2022: Braziliya millisi İsveçrə komandasını məğlub edərək "pley-off"a vəsiqəni təmin edib (VİDEO)

İdman Materials 28 Noyabr 2022 21:54 (UTC +04:00)
DÇ-2022: Braziliya millisi İsveçrə komandasını məğlub edərək "pley-off"a vəsiqəni təmin edib (VİDEO)

Bakı. Trend:

Bu gün Qətərdə keçirilən futbol üzrə Dünya Çempionatının qrup mərhələsinin növbəti oyunu keçirilib.

Trend xəbər verir ki, Braziliya və İsveçrə komandaları arasında keçirilən qarşılaşmada Braziliya millisi 1:0 hesablı qələbə qazanıb.

Oyunda yeganə qolu 83-cü dəqiqədə Kazemiro vurub.

Beləliklə, Braziliya millisi xallarının sayını 6-ya çatdıraraq "pley-off" mərhələsinə vəsiqəni təmin edib.

Qeyd edək ki, bu oyundan sonra G qrupunda vəziyyət belədir:

1. Braziliya - 6 xal

2. İsveçrə - 3 xal

3. Kamerun - 1 xal

4. Serbiya - 1 xal

Məqalədə:
Xəbər lenti

Xəbər lenti