Bakı. Trend:
Bu gün Qətərdə keçirilən futbol üzrə Dünya Çempionatının 1/4 final mərhələsinin ilk oyunu keçirilib.
Trend xəbər verir ki, Braziliya və Xorvatiya millilərinin qarşılaşdığı oyunun əsas vaxtı 0:0 hesablı heç-heçə ilə bitib. Oyunda əlavə vaxt oynanılıb.
Əlavə vaxtın ilk hissəsinin sonunda Neymar fərqlənərək komandasını hesabda önə çıxarıb - 1:0. Lakin əlavə vaxtın ikinci hissəsinin sonlarında B.Petkoviç Braziliyanın qapısına yol taparaq hesabı bərabərləşdirib - 1:1.
Beləliklə, oyun penalti seriyasına uzanıb. Penalti seriyasında Xorvatiya millisi qələbə qazanaraq Dünya Çempionatının yarımfinal mərhələsinə yüksəlib.
Xorvatiya millisinin yarımfinaldakı rəqibi Niderland-Argentina cütünün qalibi olacaq.