...

Uqo Loris mundiallarda qapıçılara məxsus rekordu təkrarlayıb

İdman Materials 15 Dekabr 2022 05:02 (UTC +04:00)
Uqo Loris mundiallarda qapıçılara məxsus rekordu təkrarlayıb

Bakı. Trend:

Fransa millisinin qapıçısı Uqo Loris mundiallarda qolkiperlərə məxsus rekordu təkrarlayıb.

Trend xəbər verir ki, futbolçu buna Qətərdə təşkil olunan dünya çempionatında Mərakeşlə yarımfinal matçında meydana çıxmaqla nail olub. Belə ki, bu görüş Lorisin dünya çempionatlarında 19-cu oyunu olub. Almaniyalı qapıçı Manuel Noyerin də aktivində eyni sayda oyun var.

Xatırladaq ki, bu gün Fransa millisi Mərakeş komandasını məğlub edərək dünya çempionatının finalına yüksəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti