...

“Zaqreb Open” turniri: Daha bir güləşçimiz gümüş medal qazanıb

İdman Materials 6 Fevral 2023 00:49 (UTC +04:00)
“Zaqreb Open” turniri: Daha bir güləşçimiz gümüş medal qazanıb

Bakı. Trend:

Xorvatiyada keçirilən “Zaqreb Open” turnirinin sonuncu günündə Azərbaycanın yunan-Roma güləş yığması daha bir medal qazanıb.

Trend xəbər verir ki, 60 kq çəki dərəcəsində yarışan Nihat Məmmədli finala qədər irəliləsə də, həlledici görüşdə iranlı Mehdi Nejada məğlub olaraq, gümüş medal əldə edib.

Nihat Məmmədli finala kimi ardıcıl olaraq Yustas Petraviçyus (Litva), Murad Məmmədov (Azərbaycan), Kriştian Keçkemeti (Macarıstan) və Razvan Arnauta (Rumıniya) qalib gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti