...

Konfrans Liqasının finalında “Fiorentina” və “Vest-Hem” qarşılaşacaq

İdman Materials 19 May 2023 02:46 (UTC +04:00)
Konfrans Liqasının finalında “Fiorentina” və “Vest-Hem” qarşılaşacaq

Bakı. Trend:

Futbol üzrə UEFA Konfrans Liqasında finalçılar bəlli olub.

Trend-in məlumatına görə, səfərdə Niderlandın “Alkmar” kollektivini minimal hesabla (0:1) üstələyən İngiltərənin “Vest-Hem” klubu finala vəsiqə qazanıb. Oyunda yeganə qolu 94-cü dəqiqədə Fornals vurub. Qeyd edək ki, komandalar arasında ilk matç da “Vest-Hem”in xeyrinə başa çatmışdı - 2:1.

İkinci finalçının adına isə İsveçrədə aydınlıq gəlib. “Bazel” klubu İtaliyada sürpriz şəkildə “Fiorentina”nı məğlubiyyətə uğratsa da (2:1), öz meydanın bu uğurun ardını gətirə bilməyib. Səfərdə parlaq oyun sərgiləyən florensiyalılar rəqiblərindən 3:1 hesabı ilə üstün olublar. Oyunda qolları “Fiorentina”dan Nikolas Qonzales (2) və Barak vurublar. Meydan sahiblərinin yeganə qoluna isə Amduni imza atıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti