Bakı. Trend:
UEFA Millətlər Liqasının yarımfinalında Xorvatiya yığması Niderland yığmasına 4:2 hesabı ilə qalib gəlib.
Trend xəbər verir ki, oyunu əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Əlavə vaxtda xorvatlar daha 2 qol vuraraq matçın qalibi olublar.
Beləliklə, Xorvatiya yığması Millətlər Liqasının finalına vəsiqə qazanıb.
Qeyd edək ki, digər yarımfinal oyunu iyunun 15-də İtaliya və İspaniya milliləri arasında keçiriləcək.