...

“Yuventus” gələn mövsüm üçün avrokuboklardan kənarlaşdırılıb

İdman Materials 28 İyul 2023 23:35 (UTC +04:00)
“Yuventus” gələn mövsüm üçün avrokuboklardan kənarlaşdırılıb

Bakı. Trend:

İtaliyanın “Yuventus” klubu 2023-2024-cü illər mövsümü üçün UEFA-nın bayrağı altında keçiriləcək bütün turnirlərdən uzaqlaşdırılıb.

Trend-in məlumatına görə, Konfrans Liqasında mübarizə aparmalı olan Turin təmsilçisi maliyyə feyr-pley qaydalarını pozduğu üçün bu cəzaya məruz qalıb.

Eyni zamanda, komanda 20 milyon avro məbləğində cərimələnib.

Qeyd edək ki, ötən mövsüm İtaliya A seriyasında 7-ci yeri tutan “Yuventus”un hesabından 10 xal silinmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti