...

Taekvandoçularımız Beynəlxalq Festivalda medallar qazanıblar (FOTO)

İdman Materials 29 Avqust 2023 22:40 (UTC +04:00)
Taekvandoçularımız Beynəlxalq Festivalda medallar qazanıblar (FOTO)
Zaur Mustafayev
Zaur Mustafayev
Bütün xəbərlər

Yekaterinburq. Trend:

Taekvando üzrə ölkəmizi təmsil edən idmançılarımız Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında nailiyyətlər qazanıblar.

Trend xəbər verir ki, 54 kiloqram çəki dərəcəsində çıxış edən taekvandoçumuz Səyyad Dadaşov rəqibi olan Rusiya təmsilçisi Mikail Tomilovu final görüşündə 2:0 hesabı ilə məğlub edib. Nəticədə idmançımız qızıl medala layiq görülüb.

Digər finalçımız Vaqif Hacıyev (68 kq) İqor İokovlev ilə döyüşdə məğlub olaraq (2:0) gümüş medal əldə edib.

Eltac Qafarov (80 kq) iranlı rəqibi Amirsina Baxtiyariyə son anda 2:0 hesabı ilə məğlub olaraq festivalı gümüş medalla başa vurub.

Qeyd edək ki, avqustun 31-dək davam edəcək Beynəlxalq Universitet İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib. 36 ölkədən müxtəlif universitetlərin tələbələri 14 idman növündə qüvvələrini sınayırlar.
Festivalda Azərbaycanı 10 təhsil ocağından 54-ü kişi 15-i qadın olmaqla 69 idmançı təmsil edir. Təmsilçilərimiz 8 idman növündə - badminton, stolüstü tennis, boks, güləş, taekvondo, futzal, üzgüçülük, sambo üzrə yarışırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti