...

“Qarabağ”ın legioneri Monteneqro millisinə dəvət aldı

İdman Materials 30 Avqust 2023 18:25 (UTC +04:00)

Bakı. Trend:

“Qarabağ”ın futbolçusu Marko Yankoviç növbəti dəfə Monteneqro millisinə çağırılıb.

Trend xəbər verir ki, yığmanın baş məşqçisi Miodraq Raduloviç AVRO-2024-ün seçmə mərhələsində Litva və Bolqarıstanla keçirəcəkləri oyunlara 28 yaşlı yarımmüdafiəçini də dəvət edib.

“Qarabağ”ın digər monteneqrolu oyunçusu Marko Veşoviç isə zədəli olduğu üçün yığmadan kənarda qalıb.

Qeyd edək ki, G qrupunda mübarizə aparan Monteneqro millisi sentyabrın 7-də Litva, 10-da isə Bolqarıstanla qarşılaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti