...

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

İdman Materials 5 Noyabr 2023 22:07 (UTC +04:00)
Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın daha bir cüdoçusu Fransanın Monpelye şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Trend xəbər verir ki, sonuncu yarış günündə 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Zelim Kotsoyev fəxri kürsüyə yüksəlib.

Finalda Gürcüstan təmsilçisi İlia Sulamanidzeyə qalib gələn idmançımız Avropa çempionu olub.

Qeyd edək ki, daha əvvəl Hidayət Heydərov (73 kiloqram) bütün rəqiblərini məğlub edərək qızıl medala sahib çıxıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti