...

FIA pilotları Prize-Giving mərasimi üçün Bakıya gələcək

İdman Materials 30 Noyabr 2023 20:02 (UTC +04:00)
FIA pilotları Prize-Giving mərasimi üçün Bakıya gələcək

Bakı. Trend:

Dekabrın 8-də Bakıda ilk dəfə keçiriləcək FIA Mükafatlandırma mərasimi – FIA Prize-Giving Ceremony üçün 2023-cü ilin birincilik qazanmış pilotlarının paytaxtımıza gəlişi nəzərdə tutulub.

Trend xəbər verir ki, artıq qalib pilotlar Maks Ferstappen (Formula 1 qalibi), Johan Kristoffersson (FIA Rallikross çempionu), Paolo İppolito (Mondokart.com FIA Kartıng Dünya çempionu) və digərləri Bakıda mükafatlandırma mərasimində iştiraklarını təsdiq ediblər.

Mükafatlandırma mərasimini Bakıdan canlı yayımla FIA-nın "YouTube" kanalında izləmək mümkün olacaq.

2011-ci ildən keçirilən və idman sahəsində ilin ən möhtəşəm hadisələrindən sayılan FIA Mükafatlandırma mərasimi FIA Baş Assambleyasının yekununda təşkil olunur və tədbirdə avtomobil idmanı üzrə müxtəlif nominasiyalarda mükafatlar təqdim edilir.

Prize-Giving Ceremony bu vaxtadək Monako, Nyu-Dehli, İstanbul, Paris, Doha, Vyana, Sankt-Peterburq, Cenevrə və Bolonyada keçirilib. Bakıdakı Prize-Giving Ceremony də yaddaqalan və möhtəşəm məqamlar vəd edir.

Xəbər lenti

Xəbər lenti