...

Braziliyalı sabiq futbolçu vəfat edib

İdman Materials 6 Yanvar 2024 08:50 (UTC +04:00)
Braziliyalı sabiq futbolçu vəfat edib

Bakı. Trend:

Məşhur braziliyalı sabiq futbolçu və məşqçi Mario Zaqallo 93 yaşında vəfat edib.

Trend-in məlumatına görə, bu barədə məlumat onun rəsmi "Instagram" səhifəsində yerləşdirilib.

"Əbədi dünya çempionumuz Mario Xorxe Lobo Zaqallonun vəfatını böyük təəssüf hissi ilə bildiririk. Fədakar ata, mehriban baba, qayğıkeş qayınata, sadiq dost, qalib olan peşəkar və böyük insan", - deyə paylaşımda bildirilib.

Braziliyalı sabiq futolçu yeganə şəxsdir ki, müxtəlif vəzifələrdə dörd dəfə Dünya Kubokunu qazanıb: iki dəfə futbolçu (1958, 1962), bir dəfə baş məşqçi (1970) və bir dəfə köməkçi məşqçi (1994) vəzifəsində.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti