...

Avropa çempionatının son günündə güləşçilərimiz medal görüşünə çıxacaq

İdman Materials 18 Fevral 2024 10:29 (UTC +04:00)
Avropa çempionatının son günündə güləşçilərimiz medal görüşünə çıxacaq

Bakı. Trend:

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatına bu gün yekun vurulacaq.

Trend-in məlumatına görə, yarışın son günündə Azərbaycanın 4 sərbəst güləşçisi bürünc medal görüşünə çıxacaq.

Nürəddin Novruzov (61 kiloqram), Turan Bayramov (74 kiloqram), Arseni Cioyev (86 kiloqram) və Georgi Meşvildişvili (125 kiloqram) üçüncü yer uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, Azərbaycan millisi hazırkı Avropa çempionatında indiyədək ümumilikdə 12 medal qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti