...

Azərbaycan komandası Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda finala yüksəlib (FOTO)

İdman Materials 20 Aprel 2024 00:48 (UTC +04:00)
Azərbaycan komandası Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda finala yüksəlib (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın bədii gimnastları qrup hərəkətləri proqramında Dünya Kubokunun finalına vəsiqə qazanıb.

Trend xəbər verir ki, çoxnövçülükdə komandamız 5 halqa ilə çıxışda bu hüququ əldə edib.

Ləman Əlimuradova, Zəynəb Hümmətova, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina və Güllü Ağalarzadədən ibarət qrup uğurlu çıxış edərək, 36,550 bal toplayıb. Bu nəticə gimnastlara 3-cü pilləni tutmaq imkanı verib. İlk 2 pillədə İtaliya və İspaniya idmançıları yer alıblar.

Qeyd edək ki, aprelin 19-21-də Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kuboku yarışları keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti