...

Polşalı qapıçı Ərəbistan yolunda

İdman Materials 10 İyun 2024 06:12 (UTC +04:00)

Bakı. Trend:

Səudiyyə Ərəbistanı futbol klubu “Əl-Nəsr” Voytsex Şçesnı ilə maraqlanır.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, “Yuventus” polşalı qapıçını satmağa hazırdır.

Turin klubu 18 milyon avroya “Montsa”dan Mikele Di Qreqorionu transfer edəcək. Komanda digər qapıçı Mattia Perrinlə isə müqavilə müddətini artıracaq. Nəticədə polşalı qolkiperin satılmasına yaşıl işıq yandırılacaq.

Qeyd edək ki, Şçesnı 2017-ci ildən “Yuventus”da çıxış edir. Onun klubla müqaviləsi gələn ilin yayında bitəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti