...

Cüdoçumuz erməni üzərində qələbə ilə 1/4 finalda

İdman Materials 28 İyun 2024 15:39 (UTC +04:00)

Bakı. Trend:

Yeniyetmə cüdoçular arasında Avropa çempionatı davam edir.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Bolqarıstanın paytaxtı Sofiyada keçirilən yarışın ikinci günündə Azərbaycan millisinin 5 idmançısı tatamiyə çıxıb.

Oğlanlar
66 kq

Səlim Sultanov Samuel Brisuda (Slovakiya) üzərində qələbə qazansa da, Yaroslav Bunakova (AİN) məğlub olub.

73 kq
Cəsur İbadlı yarışa ikinci mərhələdən başlayıb. Burak Senquru (Türkiyə) mübarizədən kənarlaşdıran cüdoçumuz Tiqran Saruxanyanı (Ermənistan) da məğlub edərək 1/4 finala adlayıb.

Qızlar
52 kq

Vüsalə Hacıyeva Keyt Krisholma (Böyük Britaniya) məğlub olub.

Aysun Məmmədova Yanka Yutner (Macarıstan) səddini keçə bilməyib.

57 kq
Aytən Verdiyeva Amili Sçerbova (Çexiya) ilə görüşdə qalib gəlsə də, Hili Zakroiskiyə (İsrail) məğlub olub.

Qeyd edək ki, yığmamız yarışın ilk günündə iki medal qazanıb. Bahadır Feyzullayev (50 kq) qızıl, Məhəmmədəli Hüsiyev (50 kq) bürünc əldə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti