...

"Makkabi" "Sabah"ı Macarıstana aparır

İdman Materials 5 İyul 2024 23:41 (UTC +04:00)

Bakı. Trend:

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Makkabi” (Hayfa) - “Sabah” oyununun keçiriləcəyi məkan bəlli olub.

Trend İdman.biz xəbər verir ki, qarşılaşma Macarıstanda keçiriləcək.

Matç iyulun 25-də Kişvarda şəhərində yerləşən “Varkert” stadionunda baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 21:15-də start götürəcək.

Qeyd edək ki, İsraildəki münaqişə üzündən UEFA bu ölkə klublarının ev oyunlarının Macarıstanda təşkilinə qərar verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti