...

Messinin göz yaşları (VİDEO)

İdman Materials 15 İyul 2024 09:58 (UTC +04:00)

Bakı. Trend:

Amerika kubokunun final görüşü Argentinanın Kolumboyanı 1:0 hesabı ilə məğlub edərək çempion olması ilə yanaşı, Lionel Messinin göz yaşları ilə də yadda qaldı.

Trend İdman.biz-ə xəbər verir ki, Argentinalı ulduz 66-cı dəqiqədə meydanı göz yaşları ilə tərk edib.

Əvəzetməyə səbəb Messinin zədəsi olub. Kapitan qrup mərhələsinin son matçında, Perunu 2:0 hesabı ilə məğlub etdikləri qarşılaşmada zədələnib. Bu görüş zamanı Leonun topuğunda şişkinlik əmələ gəlib.

Qeyd edək ki, Lionel 2-ci dəfə Amerika kubokunun qalibi olub. Ulduz futbolçu müsahibəsində bunun onun üçün sonuncu Amerika kuboku turniri olduğunu elan edib.

Xəbər lenti

Xəbər lenti