...

"Real"la Alfonso Devis arasında razılıq əldə olunub

İdman Materials 26 İyul 2024 23:41 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Real" və Alfonso Devis arasında ilkin müqavilə imzalanıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, "Bavariya"nın müdafiəçisi 2025-ci ilin yayında Madrid klubuna keçəcək.

Kanadalı futbolçu "Real"a sərbəst agent kimi qoşulacaq. Devis "Bavariya" ilə yeni müqavilə bağlamaqdan imtina edib. Madridlilər Kilian Mbappenin transferi zamanı istifadə olunan variantdan istifadə ediblər. PSJ ilə yeni müqavilə imzalamayan fransalı hücumçu ödənişsiz Madridə yollanıb.

Qeyd edək ki, Anfonso 2023/2024 mövsümündə münhenlilərin heyətində 42 oyunda 3 qol və 6 ötürmə ilə yadda qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti