...

Cənubi Koreya millisinin üzgüçüləri Olimpiya kəndini tərk edib

İdman Materials 27 İyul 2024 12:54 (UTC +04:00)

Bakı. Trend:

Paris-2024-də növbəti xoşagəlməz hadisə yaşanıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Cənubi Koreya millisinin 6 üzgüçüsü Olimpiya kəndini tərk edib.

İdmançılar yarışların hovuza yaxın oteldə məskunlaşıblar. Asiyalılar bu addımı nəqliyyatla bağlı problemlərə görə atıblar.

Onlar hər dəfə kənddən hovuza saatyarımdan artıq vaxta getməkdən beziblər.

Qeyd edək ki, açılış mərasimi dünən keçirilən Olimpiada avqustun 11-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti