...

Çempionlar Liqası: "Qarabağ" böyükhesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib (YENİLƏNİB)

İdman Materials 30 İyul 2024 21:52 (UTC +04:00)

Bakı. Trend:

"Qarabağ" UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib.

Trend-in məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Bakıda Cəbəllütariqin "Linkoln" kollektivini qəbul edib.

Qarşılaşma Azərbaycan çempionunun 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

17, 31 və 44-cü dəqiqədə fərqlənən Olavio Juninyo het-trik edib. 66-cı dəqiqədə Yassin Benzia adını tabloya yazdırıb. 72-ci dəqiqədə Leandro Andrade baxımlı qolla yadda qalıb.

Səfərdə rəqibini iki cavabsız topla üstəyən "köhlən atlar" növbəti III təsnifat mərhələsinə yüksəlib.

"Qarabağ" bu raundda "Ludoqorets" (Bolqarıstan) - "Dinamo" (Minsk, Belarus) cütünün qalibi ilə üz-üzə gələcək. İlk matçda "Ludoqorets" qələbə qazanıb - 2:0.

xxx

21.32

Bakıda "Qarabağ" və Cəbəllütariqin "Linkoln" klubları arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında növbəti qol vurulub.

Trend-in məlumatına görə, Azərbaycan çempionu beşinci dəfə topu rəqib qapısından keçirib - 5:0

"Köhlən atlar"ın heyətində 72-ci dəqiqədə Leandro Andrade fərqlənib.

xxx

21.26

Bakıda "Qarabağ" və Cəbəllütariqin "Linkoln" klubları arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında növbəti qol vurulub.

Trend-in məlumatına görə, Azərbaycan çempionu dördüncü dəfə topu rəqib qapısından keçirib. - 4:0.

"Köhlən atlar"ın heyətində 66-cı dəqiqədə Yassin Benzia fərqlənib.

xxx

20:45

Bakıda "Qarabağ" və Cəbəllütariqin "Linkoln" klubları arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında növbəti qol vurulub.

Trend-in məlumatına görə, Azərbaycan çempionunun heyətində Olavio Juninyo özünün və komandasının üçüncü qoluna imza atıb.

Braziliyalı forvard 44-cü dəqiqədə het-trik edib.

xxx

20:32

Azərbaycan çempionu “Qarabağ” avrokuboklarda növbəti oyununu keçirəcək.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Ağdam klubu 2024/25 mövsümündə ilk ev matçına çıxacaq.

Qurban Qurbanovun yetirmələri Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşündə “Linkoln”u qəbul edəcək. Cəbəllütariqdə 2:0 hesablı qələbə qazanan “Qarabağ” bu turu adlasa, ən azı Konfrans Liqasının əsas mərhələsinə vəsiqəni təmin edəcək.

Qeyd edək ki, “Qarabağ” – “Linkoln” cütünün qalibi III təsnifat mərhələsində “Lüdoqorets” – “Dinamo” (Minsk) duelinin güclüsü ilə qarşılaşacaq.

Çempionlar Liqası
II təsnifat mərhələsi
Cavab oyunu
30 iyul
20:00. “Qarabağ” – “Linkoln” (Cəbəllütariq) - 3:0
Qol:
Olaviyo Juninyo, 17; 31
Baş hakim: Yakob Sundberq (Danimarka)
"Qarabağ": 97. Fabiyan Buntiç, 29. Marko Veşoviç, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 27. Toral Bayramov, 6. Julio Romao, 7. Yassin Benzia, 8. Marko Yanukoviç, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 18. Olaviyo Juninyo
Baş məşqçi: Qurban Qurbanov
"Linkoln": 1. Nauzet Santana, 5. İbrahim Ayu, 6. Bernardo Lopes (k), 15. Rafael Munyos, 24. Con Serqeant, 21. Nano, 8. Mustafa Yahaya, 22. Qrem Torrilya, 11. Julian Valarino, 17. Pedro Martin, 20. Etan Britto
Baş məşqçi: Xavyer Munyos
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun – 2:0

Məqalədə:
Xəbər lenti

Xəbər lenti