Konqo millisinin futbolçusu “Qəbələ”də

İdman Materials 20 Avqust 2024 13:40 (UTC +04:00)

Bakı. Trend:

“Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Konqo milli komandasının yarımmüdafiəçisi Domi Jaures Massoumo ilə 2 illik müqavilə imzalanıb.

21 yaşlı futbolçu bunadək vətənində “Otoho d'Oyo” və “Diables Noirs” klublarında forma geyinib. O, klub karyerasında iki dəfə ölkə çempionu olub, bir dəfə gümüş mükafat qazanıb.

Qeyd edək ki, 2023-cü ildən Konqo millisinə çağırılan Domi 3 oyun keçirib.

Xəbər lenti

Xəbər lenti