Bakı. Trend:
Futzal üzrə Azərbaycan milli komandası bu gün növbəti yoldaşlıq oyununu keçirib.
Trend xəbər verir ki, yığmamız Bosniya və Herseqovina ilə ikinci matçına çıxıb. Görüş bir gün əvvəlki kimi Zenitsa şəhərində baş tutub.
Dünənki qarşılaşmada 0:7 hesabı ilə uduzan Vitali Borisovun yetirmələri revanş ala bilməyiblər və bu dəfə 1:5 hesabı ilə uduzublar. Komandamızın heyətində yeganə qolu Oktay Rüstəmli vurub.