...

Tramp əksər ştatlarda Harrisədən irəlidədir

Dünya xəbərləri Materials 6 Noyabr 2024 01:34 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-da Respublikaçıların prezidentliyə namizədi Donald Tramp, həlledici ştatların əksəriyyətində qalib gəlməyə hazırdır.

Trend-in məlumatına görə, bu proqnoz “RealClearPolitics” portalı tərəfindən irəl sürülüb.

Portalın açıqladığı məlumatlara əsasən, Tramp Demokratların namizədi Kamala Harrisdən Arizonada 2,8 faiz, Corciyada 1,3 faiz, Şimali Karolinada 1,2 faiz, Nevadada 0,6 faiz və Pensilvaniyada 0,4 faiz fərqlə irəlidədir. Eyni zamanda, Harrisin Trampdan yalnız iki ştatda - Miçiqanda 0,5 faiz və Viskonsin ştatında 0,4 faiz fərqlə üstünlüyü mövcuddur.

"RealClearPolitics" portalının proqnozu doğru olarsa, Trampın ABŞ-dakı prezident seçkilərində qalib gəlməsi ehtimalı artmaqdadır.

Xəbər lenti

Xəbər lenti